Ru
21:44 / 19 Avqust 2026

Tramp onu xain adlandırdı: Solçu dəliyə məğlub olması...

Tramp onu xain adlandırdı:  Solçu dəliyə məğlub olması...
Eye

ABŞ Prezidenti Donald Tramp Ukrayna əsilli, Floridada Senata namizəd olan Aleksandr Vindmanın praymerizdə məğlubiyyətinə sərt reaksiya verib və onu “xain” adlandırıb.


"Bakupost" xəbər verir ki, Amerika lideri bu barədə "Truth" sosial media hesabında yazıb.


“Dünən gecənin ən xoş məğlubiyyəti əsl xain alçaq Aleksandr Vindmanın normal danışa və düşünə bilməyən radikal solçu dəliyə məğlub olması idi”, - Tramp yazıb.


ABŞ Prezidenti vurğulayıb ki, onun rəqibi “böyük Florida ştatının həqiqətən fantastik senatoru Eşli Mudinin qarşısında qaçılmaz məğlubiyyətə uğrayacaq”.

Tramp, həmçinin Vindmanı 2019-cu ildə Ukrayna Prezidenti Vladimir Zelenski ilə “ideal telefon danışığı” barədə yalan danışmaqda ittiham edib. Bildirib ki, sonradan telefon danışığının səs yazısının yayımlanması özünün günahsız olduğunu sübut edib.

Amerika lideri əlavə edib ki, demokratların saxta impiçment cəhdi möhtəşəm uğursuzluğa düçar olub:


“Vindman əməllərinə görə məsuliyyətə cəlb edilməlidir”.


Qeyd edək ki, Demokratlar Partiyasından Floridada Senata namizədliyini irəli sürən Aleksandr Vindman daha əvvəl Ağ Evdə baş məsləhətçi vəzifəsində çalışıb və Trampa qarşı ilk impiçment prosesində əsas fiqurlardan biri olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar