Ru
08:47 / 26 Noyabr 2025

Pərvin sosial şəbəkələrdən buna görə uzaqlaşıbmış

Pərvin sosial şəbəkələrdən buna görə uzaqlaşıbmış
Eye

Bir müddət qalmaqallarla gündəmə gələn aktrisa Pərvin Abıyeva son zamanlar sosial şəbəkələrdən uzaqlaşmasının səbəbini açıqlayıb.

Bakupost.az Pravda.az-a istinadla xəbər verir ki, "Mədəni şou" verilişində açıqlama verən aktrisa qalmaqalda adının hallanmasına görə medianı günahlandırıb.

"Qalmaqalı mən yaratmıram, media şişirdir. Yadıma gəlmir ki, kiminləsə istəyərək qalmaqal yaradım. Mən gözəl deyiləm, mediatikəm. Qalmaqallı olmağımın səbəbi çox ortalıqda olmağım idi. Sosial şəbəkələrdən uzaqlaşmağım bunun qarşısını alıb. Sosial şəbəkələrdə çox olurdum, gündəlik həyatımı göstərirdim, gəzdiyim şəhərlərdən tez-tez paylaşımlar edirdim. Bu da qıcıq doğururdu. Öz fikrimi bildirirdim, neqativ doğururdu", - o bildirib.

Xatırladaq ki, Pərvin Abıyeva müğənni Səidə Sultanla arasında "Maşın" şou zamanı yaşanan qalmaqal zamanı efirdə söyüş söyməsi ilə gündəmə gəlmişdi.

Eyni hal "TikTok"da canlı yayım zamanı aparıcı Azər Zahidlə də yaşanmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar