Bir neçə gün öncə İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı inqilabdan əvvəlki universitet mühitindən danışıb.
Bakupost.az “Azad İran”a istinadla xəbər verir ki, o, həmin dövrdə bir çox qız tələbələrin hicab taxmadığını, buna baxmayaraq, yüksək şəxsiyyət və nümunəvi davranış sərgilədiklərini bildirib.
“İnqilabdan əvvəl - universitetdə oxuduğumuz vaxt bir çox qız tələbə hicablı deyildi, amma çox şəxsiyyətli idi. Heç bir qız özünü başqa cür göstərə bilməzdi. O vaxt kimsə onlara söz deyə və ya hörmətsizlik edə bilməzdi”, - o vurğulayıb.
Prezidentin bu açıqlaması ölkədə geniş müzakirələrə yol açıb.