“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Çelsi”yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, əvvəlcə qarşılaşma barədə danışıb: “Böyük tarixi olan komandaya qarşı oynayacağıq. Bu cür oyunçuların Bakıya gəlməsi futbolumuz üçün böyük hadisədir. Pis hazırlaşmamışıq. Mübarizə aparacağıq. Ən azından elə oyun oynamaq istəyirik ki, azarkeşlər zövq alsın”.
***
Qurban Qurbanov həmçinin “qara bazar”da bilet satılması məsələsinə münasibət bildirib: “Bu məsələ ilə bağlı çox məlumatım yoxur. Sadəcə, bu, klubun diqqətindədir. Aidiyyəti orqanlar da məşğul olur, çox nəsə deyə bilmərəm”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.