Daxili İşlər Nazirliyi ötən gün Masallıda baş verən insidentlə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü olaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.
Hadisə yerinə baxış zamanı 25 ədəd giliz aşkarlanıb. Faktla əlaqədar cinayət işi başlanıb.
Məlumata görə, qətlə yetirilən şəxs kriminal aləmdə "Piter Elçin" kimi tanınan şəxsin qardaşıdır.
Bakı Post