Ru
23:48 / 20 Dekabr 2025

Polad Bülbüloğlu Şuşadakı evinin bağını göstərdi - VİDEO

Polad Bülbüloğlu Şuşadakı evinin bağını göstərdi - VİDEO
Eye

Xalq artisti Polad Bülbüloğlu AZTV-də yayımlanan "21-ci əsr" verilişinin qonağı olub.

Bakupost.az xəbər verir ki, verilişin aparıcısı Rafiq Həşimovla söhbət zamanı Polad Bülbüloğlu oğlu Murtuza Bülbüloğlu ilə birlikdə Şuşa şəhərində yerləşən evinin bağını nümayiş etdirib. O, bağda müxtəlif meyvə ağaclarının olduğunu bildirib, alma, armud və qoz ağaclarının hər il bol məhsul verdiyini qeyd edib. Xalq artisti yetişən məhsulları qonşulara, tanışlara və Bakıya da göndərdiyini vurğulayıb.

Veriliş zamanı Murtuza Bülbüloğlu da Şuşa ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, atası Polad Bülbüloğlu Şuşada həm işğaldan əvvəl, həm də işğal dövründə olub. Özünün isə Şuşaya ilk səfəri şəhər azad edildikdən sonra, 2021-ci ildə baş tutub.

Murtuza Bülbüloğlu qeyd edib ki, "Xarı bülbül" musiqi festivalının bərpası zamanı ilk dəfə Şuşaya gəlib və bu səfər onda böyük həyəcan və qürur hissi yaradıb.

Ətraflı süjetdə:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar