Ru
15:11 / 08 Sentyabr 2025

CHP-nin binası önündə qarşıdurma - Polis barrikada qurdu - VİDEO

CHP-nin binası önündə qarşıdurma - Polis barrikada qurdu - VİDEO
Eye

Türkiyədə polis CHP qərargahına gedən yollar üzərində barrikadalar qurub və etirazçıların binaya yaxınlaşmasına mane olmağa çalışır.


Bakupost.az xəbər verir ki, CHP vəzifəliləri və millət vəkilləri ilə polis arasında toqquşmalar baş verib.

CHP sədri Özgür Özəl isə istanbulluları partiyanı qorumaq üçün qərargah önünə çağırıb.

Polislərin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Xatırladaq ki, etirazçılar məhkəmənin CHP-nin İstanbul bölgə sədrliyinə təyin etdiyi müvəqqəti sədr Gürsel Tekinin binaya daxil olmasına imkan vermirlər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar