Ru
17:52 / 29 İyul 2025

İranda polis bir ailənin səkkiz üzvünü öldürdü

İranda polis bir ailənin səkkiz üzvünü öldürdü
Eye

İranda təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı 11 nəfər öldürülüb. Onlardan səkkizi bir ailənin üzvü olub.

Bakupost.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Silahlı hücum İsfahan, Cənubi Xorasan və Yəzd əyalətlərinin sərhədində törədilib.

Polis həm yerüstü qüvvələr, həm də helikopterlə havadan həyata keçirilən əməliyyat nəticəsində bu şəxslərin öldürüldüyünü açıqlayıb.

Hərbi qüvvələr etnik bəlucları pusquya salaraq onları həm qurudan, həm də havadan hədəfə alıb.

Rəsmi məlumatda bildirilib ki, öldürülən şəxslərin üzərindən dörd tondan artıq narkotik maddə aşkarlanıb. Onlara məxsus iki avtomobil və bir motosiklet isə məhv edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar