Ru
10:54 / 23 Yanvar 2026

Polis narkotik əməliyyatı keçirdi - Saxlanılanlar var - FOTO - VİDEO

Polis narkotik əməliyyatı keçirdi - Saxlanılanlar var - FOTO - VİDEO
Eye

Füzulidə 16 kiloqram narkotik vasitə dövriyədən çıxarılıb.


Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıblar.

Onladan 12 kiloqram 635 qram marixuana, 2 kiloqram 880 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin və 800 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb. Bu şəxslərin narkotik vasitələri satmaq məqsədi ilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. Ə.Məlikov və R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar