Ru
13:27 / 22 Fevral 2022

Polkovnik Qurbanov istintaqa kimlərin adını açıqlayacaq? - MN-də növbəti həbslər gözlənilir

8212
“İlk gündən demişdim ki, həbslər 4 nəfərlə yekunlaşmayacaq. Daha sonra 5-ci adam Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, ötən gün isə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi polkovnik Qurbanov Məlikməmməd həbs olundular. Polkovnik Qurbanov istintaqda daha ciddi adlar deyəcək”.


Bu sözləri Bakupost.az -a hərbi ekspert Üzeyir Cəfərov ötən gün Müdafiə Nazirliyində həbs olunanlarla bağlı danışarkən deyib.



“Hər gün araşdırmalar gedir, yeni faktlar ortaya çıxır. Onlar kimlərinsə tapşırığını yerinə yetiriblər. Yəni bunlar birinci şəxslər deyil. Onlara göstəriş verən adamlar var, onlar isə sadəcə tapşırıqları yerinə yetiriblər. İstintaqda həbs olunanlar dindirilən zaman bir çox məsələlərə aydınlıq gətiriləcək. Əslində, istintaqın müddəti 1 il 9 aydır. Müddət tamam olmamış 6-cı adam həbs olunursa, bu rəqəm artacaq”.




Hərbi ekspertin sözlərinə görə, yaxın günlərdə həbs olunan yeni adlar da eşidəcəyik:

“Müdəfiə Nazirliyi özbaşına deyil, onu da yoxlayan qurumlar var. Bu qurumlardan Hesablama Palatası və digər qurumlar var ki, onlar məsələyə aydınlıq gətirməlidirlər. Həbs olunan Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd istintaqa ifadə verəndə nəyə görə bu addımı atdığı məsələsinə aydınlıq gətirəcək. Polkovnik Məlikməmməd Qurbanov komissiyanın sədri olmasına baxmayaraq qərar qəbul edən şəxs olmayıb. Qərarı qəbul edən konkret şəxslər olub. Polkovnik Qurbanov istintaqda həmin şəxslərin adlarını deyəcək və məsələyə aydınlıq gətirəcək”.



Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər