Ru
12:39 / 21 Fevral 2022

Müdafiə Nazirliyində daha bir həbs: idarə rəisi tutuldu - YENİLƏNİB

Müdafiə Nazirliyində daha bir həbs: idarə rəisi tutuldu -  YENİLƏNİB
Eye

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.



Bakupost.az xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsində elan edilib.



Belə ki, məhkəmə keçmiş idarə rəisinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.




***



Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Oruc oğlu Qurbanov saxlanılıb.


Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.


Qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.



***


Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.


Bakupost.az xəbər verir ki, Hərbi Prokurorluqdakı mənbənin “Qafqazinfo”ya verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar