2026-cı ildə Polşa müdafiəyə 200 milyard zloti (54,7 milyard dollardan çox) ayıracaq ki, bu da ölkənin ÜDM-nin 4,8 %-ni təşkil edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Varşava Təhlükəsizlik Forumunda bildirib.
Nazir, həmçinin digər NATO ölkələrinin müdafiə xərclərinin artırılmasının vacibliyini vurğulayıb:
"NATO-nun Haaqa sammiti bu istiqamətdə, xüsusilə yeni müdafiə qabiliyyəti hədəfləri kontekstində mühüm addımdır. Biz əminik ki, bu məqsədlər şərq cinahında müdafiəni gücləndirəcək və Alyansın ərazisinin hər qarışını qoruyacaq. Qəbul edilmiş qərarların tam yerinə yetirilməsi, o cümlədən müdafiə xərclərinin artırılması üçün bütün müttəfiqlərin qəti və yekdil öhdəliyi vacib deyil".
Bu ilin sonuna qədər Polşanın hərbi xərclərinin 186,6 milyard zlotiyə (51 milyard dollardan çox) çatacağı gözlənilir ki, bu da ölkənin ÜDM-nin 4,7%-ni təşkil edir.