Ru
15:15 / 17 Oktyabr 2019

Pompeo və Pens artıq Türkiyədədir - FOTO

2221
ABŞ-ın dövlət katibi Maykl Pompeo və vitse-prezidenti Maykl Pens Türkiyədədir.

BakuPost.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-i yayıb.

Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya Türkiyə rəhbərliyini Suriyanın şimalında aparılan “Sülh çeşməsi” əməliyyatını dayandırmağa razı salmaq üçün gəlib. Nümayəndə heyətinin tərkibinə, ABŞ-ın dövlət katibi Maykl Pompeo, Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obraen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.

Xatırladaq ki, bu, Pensin vitse-prezident kimi Türkiyəyə ilk səfəridir.

Vəsilə İbrahim
BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər