Prezident İlham Əliyev “Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları”nın və “Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
1. “Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları” təsdiq edilsin (
əlavə olunub).
2. “Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası” təsdiq edilsin (
əlavə olunub).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
16:01
Prezident İlham Əliyev “Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanın mətni ilə
BURADAN tanış ola bilərsiniz.