Ru
16:11 / 09 Yanvar 2026

Prezident fərman imzaladı

Prezident fərman imzaladı
Eye

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Bakupost.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.1.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 89 (Cild I); 2025, № 6, maddə 542, № 11, maddə 1036) 2.5-1-ci və 2.6-cı bəndlərindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

4. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 511 (Cild I); 2024, № 12 (II kitab), maddə 1368; 2025, № 2, maddə 125, № 6, maddə 542) 2-ci hissəsinin doqquzuncu abzasından “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666 (Cild I); 2024, № 3, maddə 260, № 7, maddə 815, № 8, maddələr 937, 947, № 10, maddə 1138; 2025, № 6, maddə 542, № 11, maddələr 1018, 1036; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 26 dekabr tarixli 559 nömrəli Fərmanı) 2.20-1-ci və 2.20-2-ci bəndlərindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

6. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 498 (Cild I); 2024, № 6 (I kitab), maddə 667, № 12 (II kitab), maddə 1362; 2025, № 4 (I kitab), maddə 326, № 6, maddə 542, № 11, maddə 1036) aşağıdakı dəyişikliklər edilsin:

6.1. adında və preambulada “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn”

sözü ilə əvəz edilsin;

6.2. 2-ci hissə üzrə:

6.2.1. 2.1-ci bənddə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz olunsun və həmin bəndə “Qanununun” sözündən sonra “1.1.7-ci maddəsində,” sözləri əlavə edilsin;

6.2.2. 2.4-cü bənddən “1-ci maddəsinin iyirminci abzasında,” sözləri çıxarılsın;

6.2.3. 2.4-1-ci bənd 2.4-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

“2.4-1. həmin Qanunun 1.1.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

6.2.4. 2.4-2-ci və 2.7-2-ci bəndlərdən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

7. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164 (Cild I); 2024, № 6 (I kitab), maddə 655, № 7, maddə 812, № 8, maddə 956; 2025, № 6, maddə 542, № 11, maddə 1035) 2.19-cu bəndindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

8. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609 (Cild I); 2024, № 7, maddə 790; 2025, № 6, maddə 542, № 8, maddə 746, № 11, maddə 1035) 3.2-1-ci və 3.15-1-ci bəndlərindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

9. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; 2025, № 4 (I kitab), maddə 340, № 6, maddə 561, № 7, maddə 633, № 11, maddələr 1036, 1038) 2-ci hissəsinin on ikinci abzasından “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

10. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 611 (Cild I); 2024, № 8, maddə 943; 2025, № 11, maddə 1036) 3.20-ci bəndindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

11. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 795 (Cild I); 2025, № 1, maddə 53, № 11, maddə 1036) ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 1-ci hissəsinin ikinci və doqquzuncu abzaslarının ikinci cümlələrindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

12. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 704 (Cild I); 2025, № 11, maddə 1036) 2.11-ci bəndindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

13. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 274 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 706 (Cild I); 2024, № 6 (I kitab), maddə 667; 2025, № 6, maddə 542, № 11, maddə 1036) 2.3-cü və 2.7-ci bəndlərindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

14. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 606 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 713 (Cild I); 2025, № 6, maddə 542, № 11, maddə 1036) 2.6-1-ci və 2.7-ci bəndlərindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

15. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90 (Cild I); 2024, № 3, maddə 254, № 5 (I kitab), maddə 529, № 8, maddə 943, № 12 (II kitab), maddə 1369) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.57-6 – 3.1.57-8-ci yarımbəndlərindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

16. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 414 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 283 (Cild I); 2025, № 11, maddə 1035) 1.2-ci bəndindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

17. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419 (Cild I); 2024, № 1, maddə 21, № 4, maddə 393, № 6 (I kitab), maddə 667, № 12 (II kitab), maddə 1370; 2025, № 4 (I kitab), maddə 345, № 11, maddə 1036) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

17.1. 2.3-cü bənd üzrə:

17.1.1. 2.3.5-ci yarımbənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;

17.1.2. 2.3.8-ci yarımbənddə “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum” sözləri “valideyn himayəsindən məhrum olmuş” sözləri ilə əvəz edilsin;

17.2. 2.4.4-cü yarımbənddə “valideynlərini itirmiş, valideynlərinin və ya digər qanuni nümayəndələrinin himayəsindən kənarda qalmış” sözləri “valideyn himayəsindən məhrum olmuş” sözləri ilə əvəz edilsin;

17.3. 2.5.18 – 2.5.21-ci yarımbəndlərdən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;

17.4. 2.7-ci bənd üzrə:

17.4.1. 2.7.13-cü yarımbənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;

17.4.2. 2.7.14-cü yarımbənddə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;

17.5. 2.8-ci bənd üzrə:

17.5.1. 2.8.2-ci və 2.8.11-ci yarımbəndlərdən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;

17.5.2. 2.8.12-ci yarımbənddə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;

17.5.3. 2.8.14-cü yarımbənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

18. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1118 (Cild I); 2025, № 5, maddə 447) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

18.1. 1.2.1-ci yarımbənddən “valideynlərini itirmiş və ya” və “valideynlərini itirdiyinə və ya” sözləri çıxarılsın;

18.2. 1.4-cü bənd üzrə:

18.2.1. 1.4.1-ci yarımbənddən “valideynlərini itirdiyinə və ya” sözləri çıxarılsın;

18.2.2. 1.4.2-ci yarımbənddən “valideynlərini itirmiş,” sözləri çıxarılsın;

18.2.3. 1.4.3-cü yarımbənddən “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın;

18.2.4. 1.4.4-cü yarımbənddən “valideynlərini itirmiş,” sözləri çıxarılsın.

19. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I); 2025, № 3, maddə 226, № 4 (I kitab), maddə 345, № 6, maddə 548) 1.1.9-cu yarımbəndindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

20. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1791 (Cild I); 2024, № 4, maddə 393, № 10, maddə 1120) ilə təsdiq edilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”nin 2.2.12-ci yarımbəndindən “valideynlərini itirməsinə və ya” sözləri çıxarılsın.

21. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 8, maddə 943, № 9, maddə 1000, № 12 (II kitab), maddə 1383; 2025, № 3, maddə 226, № 11, maddə 1022) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

21.1. 4.5-ci bənddən “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın;

21.2. 5-ci hissə üzrə:

21.2.1. 5.6-cı və 5.11-ci bəndlərdən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;

21.2.2. 5.16-cı bənddən “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın;

21.3. 10.21-ci və 11.5-ci bəndlərdən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

22. “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 607 (Cild I); 2025, № 11, maddə 1035) 2.3-cü bəndindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

23. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104 (Cild I); 2025, № 4 (I kitab), maddə 341) ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 1.3-cü bəndində və 2.27.3-cü yarımbəndində “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.

24. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718 (Cild I); 2024, № 6 (I kitab), maddə 660, № 12 (II kitab), maddə 1383; 2025, № 4 (I kitab), maddə 345, № 11, maddə 1022) ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

24.1. 3.1.13-cü yarımbənddən “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın;

24.2. 3.1.24-1 – 3.1.24-3-cü yarımbəndlərdən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

25. “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1352 (Cild I) 4.1-ci bəndindən “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın.

26. “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 110 (Cild I) 1-ci hissəsindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

27. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1384 (Cild I); 2025, № 2, maddə 125) ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın 1.3-cü və 1.5-ci bəndlərində “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.

28. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 256 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 12 (II kitab), maddə 1362) 2-ci hissəsində “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.

29. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 359 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (I kitab), maddə 326) 2-ci hissəsində “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.

30. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 8, maddə 757) ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”nin 3.9-cu və 4.7-ci bəndlərindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

31. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271 (Cild I) 1.5-ci bəndindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 723 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 4 (I kitab), maddə 345, № 11, maddə 1036) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

32.1. 2-ci hissə üzrə:

32.1.1. ikinci abzasda “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin;

32.1.2. on ikinci abzas üzrə:

32.1.2.1. birinci cümlədən “valideynlərini itirmiş,” sözləri çıxarılsın;

32.1.2.2. üçüncü cümlədə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin;

32.2. 4.3.7-ci yarımbənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.

33. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddələr 647, 654, № 12 (II kitab), maddə 1359; 2025, № 8, maddə 749, № 11, maddə 1018) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “7. Tədbirlər planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

33.1. 2.1.3-cü yarımbəndin 2-ci abzasının “Tədbirlər və layihələr” sütunundan “valideynlərini itirmiş,” sözləri çıxarılsın;

33.2. 2.2.3-cü yarımbəndin 2-ci abzasının “Tədbirlər və layihələr” sütununda “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.

34. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1218 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 4 (I kitab), maddə 345) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

34.1. 3-cü hissə üzrə:

34.1.1. birinci abzasdan “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın;

34.1.2. yeddinci abzasda “Hər iki valideynini itirmiş və ya valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin;

34.2. 6.1.3.1-ci, 6.1.3.2.2-ci, 6.1.3.3.2-ci və 6.1.3.4.1-ci abzaslardan “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın;

34.3. “8. Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı” hissəsinin 8.3.2-ci yarımbəndinin “Tədbirin adı”, “ilkin nəticələr” və “yekun nəticələr” sütunlarından “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar