Ru
16:41 / 30 Aprel 2017

Prezidenti qəzəbləndirən iş adamı həbs olundu - “Akula Akif”in ortağıdır

3823
"MTN işi”ndə adı qırmızı xəttlə keçən və ölkədən qaçan "Akula Akif” ləqəbli Akif Mustafayevin ortaqlarından biri Azər İsmayılov həbs olunub. Azər İsmayılov barəsində dünən Xətai Rayon Məhkəməsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.


Azpolitika.info xəbər verir ki, Azər İsmayılov qeyri-qanuni inşaat işləri aparmaqda və bu məqsədlə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi” ərazisindəki yaşıllıqları məhv etməkdə günahlandırılır. Hansı ki, hardasa iki həftə öncə bu inşaat işi ölkə başçısı İlham Əliyevin qəzəbinə gəlmiş və o, hadisəni "vicdansızlıq”, "biabırçılıq” və "cinayət” adlandırmışdı.

 

1493543630_akula-1

 


Prezidentin bu reaksiyasından sonra həmin inşaat dayandırılmış, tikintini aparan şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 130 min manat məbləğində cərimələnmiş və fakt üzrə cinayət işi açılmışdır. Azər İsmayılovun həbsinin də bu cinayət işi çərçivəsində həyata keçirildiyi xəbər verilir.


Bu cinayət işi çərçivəsində həbslərin təkcə Azər İsmayılovla yekunlaşmayacağı gözlənilir. Bu işə görə "Akula Akif”in dostu, Azər İsmayılovun qardaşı Adəm İsmayılovun da saxlanacağı bildirilir. "Çünki "Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisini aparan şirkətin həqiqi sahibləri "Akula Akif” və Adəm İsmayılovdur” – məlumatlı mənbə bildirir.


Mənbə bu faktı sübuta yetirmək üçün ikilinin bundan əvvəl ZAZ tikinti şirkətindəki ortaqlığını təsdiqləyən sənədi də təqdim edib:

 



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər