Ru
17:16 / 24 Aprel 2026

Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA

Prokurorluq Gəncə İH-də araşdırma aparıb?  - MEDİA
Eye

Mətbuatda Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və yanlış məlumatlara əsaslanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, dövlət orqanlarının nüfuzuna xələl gətirilməsi ilə nəticələnən qanunvericiliklə qadağan olunmuş bu kimi məlumatların mediada yayılması yolverilməz hesab edilir:

"Bəyan edirik ki, "Media haqqında" qanununun müvafiq maddəsinə əsasən, saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir. Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən məsuliyyətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırırıq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar