Ru
17:06 / 24 Aprel 2026

Sanboçularımızın Serbiya uğuru - Bu qədər medal qazandılar - VİDEO

Sanboçularımızın Serbiya uğuru - Bu qədər medal qazandılar - VİDEO
Eye

Azərbaycanlı samboçular Serbiya paytaxtı Novi-Sadda başa çatan gənclər və yeniyetmələr arasında Avropa çempionatında uğurla çıxış ediblər.


Bakupost.az xəbər verir kİ, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov idmançılarımızın yeniyetmələrin turnirində üç "bürünc", gənclər arasında isə bir qızıl, iki gümüş və bir bürünc medal qazandığını bildirib.

Ceyhun Məmmədov bildirib:

"Yeganə çempionumuz 98 kq çəki dərəcəsində çıxış edən Tuncay Şamil oldu. Elcan Ələkbərov (58 kq) və Mikayıl Əmirov (71 kq) "gümüş", Hacıbaba İmaməliyev (+98 kq) isə "bürünc" qazandı. Yeniyetmələr arasında isə bürünc medallara Əbdüllətif Musayev (53 kq), Yusif Hüseynov (58 kq) və Elşən Fərzəliyev (+98 kq) sahib çıxdılar".

Federasiya prezidenti qızıl medal sahibinin çıxışını xüsusi qeyd edib:

"Tuncay üçün çox şadam. Onun cəmi 20 yaşı var, lakin o, artıq böyüklər arasında ölkə çempionatının bürünc mükafatçısı olmağı bacarıb. Hesab edirəm ki, cüdodan samboya keçid həm onun özü, həm də idman növümüz üçün uğurlu oldu".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar