“Paris Saint-Germain” (PSJ) klubunun gənc qapıçısı karyerasını Azərbaycanda davam etdirə bilər.
Bakupost.az xəbər verir ki, Fransanın “L'Equipe” nəşrinin yaydığı məlumata görə, Bilal Laurendon hazırda Azərbaycan çempionatının lideri olan “Sabah”la ilə müqavilə imzalamağa yaxındır.
20 yaşlı qapıçı hazırda PSJ-nin “Espoirs” (ehtiyat) komandasında çıxış edir. Onun klubla müqaviləsinin müddəti gələn ilin iyununda başa çatır. Məlumata əsasən, Luis Enrikenin heyətində rusiyalı Matvey Safonov və fransız Lukas Şevalyenin kölgəsində qalan gənc eyni nəsildən olan digər futbolçulardan fərqli olaraq, Fransa vətəndaşı və Mərakeş əsilli futbolçu karyerasını ölkə xaricində davam etdirməyi planlaşdırır.
Gənc qapıçının transferi ilə Azərbaycan çempionatındakı fransalı futbolçuların sayı artacaq. Hazırda yerli liqada Fransadan gəlmiş 12 oyunçu çıxış edir.
Cavid, BakuPost