Ru
17:20 / 06 Oktyabr 2021

Putin - Rəisi görüşü nələri dəyişəcək? - “İranın planları süquta uğrayacaq”

Putin - Rəisi görüşü nələri dəyişəcək? - “İranın planları süquta uğrayacaq”
Eye

“Azərbaycan və Türkiyə yeni bir konfiqurasiya formalaşdırdı. Bu konfiqurasiya regionda sülhün və təhlükəsizliyin təmininə hesablanıb. Proseslər konkret olaraq bütün region ölkələrinin maraqlarına cavab verir. Amma göründüyü kimi İran tərəfi regionda dəyişən geosiyasi şərtləri qəbul etmək istəmir. Proseslərin irəliləməsini regional siyasətə təhdid kimi qəbul edir”.

Bunu Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə son günlər rəsmi Tehranın Azərbaycana qarşı təxribat xarakterli addımlar atmasına münasibət bildirərkən deyib.


Politoloq bildirib ki, Azərbaycanla İran arasında son böhran fonunda, İran rəsmilərinin Azərbaycana qarşı təhdidedici fikirlərinə rəsmi Bakı adekvat cavab verir:

“İranın Xarici İşlər naziri Rusiyaya səfər edərək Azərbaycandan haqsız formada şikayətlər etdi. Bu görüş tanışlıq səfəri idi.
Görüşdə aydın oldu ki, İran və Rusiya prezidentləri tezliklə görüşəcəklər. Görüşdə təbii ki, regionda siyasi vəziyyət, Cənubi Qafqaz, Suriya məsələləri müzakirə ediləcək. Xüsusilə Cənubi Qafqazda 2-ci Qarabağ müharibəsindən sonra formalaşmış siyasi proseslərdən İranın haqsız narahatlıqlarına son qoyulacaq.

Rusiya konkret olaraq İranın Azərbaycana qarşı bu siyasətinə dəstək verməyəcək. İranın artan aqressiyasının qarşısını Rusiya alacaq. Putin və İbrahim Rəisi görüşü Suriya məsələsi, İran-Rusiya əlaqələri, Cənubi Qafqaz məsələsində də nə danışmaqlarında asılı olmayaraq İranın bütün addımları, o cümlədən Ermənistanla, Azərbaycan və Türkiyəyə qarşı hər hansı formalaşdırmaq istədiyi koalisiya süquta uğrayacaq. Rusiya və İran prezidentlərinin görüşündə, Putin İran tərəfinə konkret olaraq Cənubi Qafqaz siyasətində artıq korrektlər etməyə, regionda yeni bir platformaya qoşulmağa dəvət edəcək”.

Fəridə Söhrabqızı
Baku Post

Şərhlər
  • Eli

    Mence Putinşexsen Erdoğanla olan münasibete ve öz maraqlarına göre Türkiyyeni İranın maraqlarına qurban vermez bu mümkün deyil,en azı nezeri nöqteyi nezerden.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar