Ru
11:37 / 09 Sentyabr 2019

Qadını maşınla vurub qaçan sürücüyə AĞIR CƏZA

3901

Qaradağda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


BakuPost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynov sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, V.Qasımov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 17-də saat 23:15 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində baş verib.

Yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını maşın vurub. Hadisə yerindən qaçan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qasımov İlqar Səfərqulu oğlu tutulub. Onun hadisəni 99-FZ-087 dövlət nömrə nişanlı "VAZ 21214 Niva" markalı avtomobillə törətdiyi məlum olub.

Ona Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər