Ru
15:34 / 15 Sentyabr 2025

Qadınları aldadaraq məşhurlaşan “Netflix” qəhrəmanı saxlanıldı

Qadınları aldadaraq məşhurlaşan “Netflix” qəhrəmanı saxlanıldı
Eye

“Netflix” platformasının “Tinderdə dələduz” sənədli filminin qəhrəmanı 35 yaşlı Simon Levayev Batumi hava limanında həbs edilib.

Bakupost.az xəbər verir ki, o, bir sıra cinayətlərə görə İnterpol tərəfindən axtarışda idi.

Levayev illərdir dünyada tanınır. O, “Tinder” platformasında qadınlarla tanış olur, onların etimadını qazanır, özünü almaz maqnatının varisi kimi təqdim edir və sonra müxtəlif sxemlərlə pul qoparırdı. Məhz bu cinayətlərin miqyasına görə “Netflix” 2022-ci ildə onunla bağlı real cinayət işlərinə əsaslanan sənədli film çəkmişdi. Filmin nümayişindən sonra Levayevə maraq kəskin artdı. Xüsusilə də hüquq-mühafizə orqanları tərəfindən.

Fırıldaqçının əsl adı Şimon Hayutdur. O, əslən İsraildəndir, lakin 15 yaşında Bruklinə köçüb. Onu ilk dəfə 2011-ci ildə özünü milyarder Lev Levayevin oğlu kimi təqdim edərkən yaxalayıblar. O, iki imkanlı ailəyə köməkçi kimi işə düzəlib, onların çek kitabçalarını oğurlayıb və saxta adla pul nağdlaşdırıb. Lakin Hayut məhkəmədən yayınaraq saxta pasportla İordaniyaya qaça bilib. Ancaq yenidən dələduzluqla məşğul olaraq bir neçə dəfə həbs edilib.

O, varlı qızlar axtarır və özünü onlara düşmənlərilə problemlərini həll etmək üçün təcili borc pula ehtiyacı olan almaz maqnatının oğlu kimi təqdim edirdi. Bütün qurbanlarına eyni fotoşəkilləri göndərir, sadəlövh xanımları uğurla idarə edirdi. Sonradan daha çox borc götürə bilmək üçün yeni qurbanlarına pul xərcləyərək, onların gözündə varlı major obrazını yaradırdı.

Aldığı borcları qaytarmadığına görə Levayev Yunanıstanda yenidən tutuldu və 15 aylıq həbs cəzasını çəkmək üçün vətəninə köçürüldü. Ancaq şans yenə onun tərəfində idi. Pandemiya səbəbindən vaxtından əvvəl evə buraxıldı və ölkələri sərbəst gəzmək üçün özünü tibb işçisi kimi təqdim edərək, peyvənd işinə başladı.

O, Norveç, Böyük Britaniya və İsveçdə axtarılırdı.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar