Ru
23:52 / 16 Sentyabr 2020

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı
Eye

"Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

"BakuPost" xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin "Molde" komandası ilə qarşılaşıb.

Kiprdəki “AEK Arena” stadionunda keçirilən görüşü serbiyalı hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Scran Yovanoviç olub.

Gərgin mübarizə şəraitində keçən matçın əsas vaxtında hesab açılmayıb. Qarşılaşmada əlavə vaxt oynanılıb.

102-ci dəqiqədə “Qarabağ”ın qapısına penalti təyin edilib. Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev zərbəni dəf edib.

Qarşılıqlı hücumlara baxmayaraq, əlavə vaxtda qalib müəyyənləşməyib. Penaltilər seriyasında qalib gələn (6:5) "Molde" növbəti tura yüksəlib. Bununla “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar