Ru
22:08 / 26 Noyabr 2020

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

1411
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

"BakuPost" xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

***
8-ci dəqiqədə "Qarabağ" hesabı açıb.

***

40-cı dəqiqədə "Sivasspor" penaltidən hesabı bərabərləşdirir - 1:1.

***

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçında hesab yenidən dəyişib.

Görüşün 51-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Uroş Matiç komandasını hesabda önə çıxarıb.

O baxımlı qola imza atıb.

Hazırda Ağdam təmsilçisi hesabda öndədir.

***
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçında dördüncü qol vurulub.

Oyunun 58-ci dəqiqəsində Kayode növbəti dəfə hesabı bərabərləşdirib. 

***
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçı başa çatıb. 

Təmsilçimiz oyun ərzində iki dəfə önə keçsə də, hər iki halda bu üstünlüyünü qoruya bilməyib və meydandan 2:3 hesablı məğlubiyyətlə ayrılıb. 

Bu, “Qarabağ”ın qrup mərhələsində dörd oyundan sonra dördüncü məğlubiyyəti olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər