Portuqaliyanın “Benfika” klubu “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Lajeni istefaya göndərib.
Bakupost.az xəbər verir ki, bunu “Benfika”nın prezidenti Ruy Koşta açıqlayıb.
Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibi üzərində 3:2 hesablı fantastik qələbə qazanıb.
Ruy Koştanın mətbuat konfransından qısa müddət sonra Portuqaliya mediası "Benfika"nın baş məşqçi postuna Joze Mourinyunu gətirəcəyi ilə bağlı xəbərlər dərc etməyə başlayıb.