“Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihə” qeyri-hökumət təşkilatı Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, Alla Puqaçovanın “xalq artisti” titulundan məhrum edilməsini tələb edib.
Bakupost.az xəbər verir ki, bu barədə “Abzas”a qeyri-hökumət təşkilatının rəhbəri Vitali Borodin deyib.
Sənəddə bildirilir ki, belə bir təşəbbüsün səbəbi Alla Puqaçovanın yüksək ada layiq olmayan davranışıdır. İddia edilib ki, müğənni Katerina Qordeyevaya verdiyi müsahibədəki sözləri və hərəkətləri həm dövlət təhlükəsizliyi baxımından, həm də xalq artisti statusunda olan şəxsin mənəvi və vətəndaşlıq məsuliyyəti baxımından suallar yaradır.
“Müsahibədə Puqaçova Rusiya Federasiyası ərazisində terror fəaliyyətinin təşkilatçısı kimi tanınan Cövhər Dudayev haqqında açıq-aşkar hörmətlə danışıb. Alla Borisovna həm də dövlət orqanlarını açıq şəkildə tənqid etməyə icazə verib", - müraciətdə deyilir.