Ru
22:18 / 16 Sentyabr 2025

Süni intellekt Yaponiyada partiya lideri olacaq

Süni intellekt Yaponiyada partiya lideri olacaq
Eye

Yaponiyanın Dirçəliş Yolu Partiyası elan edib ki, onun yeni lideri süni intellekt (AI) olacaq.

Bakupost.az xəbər verir ki, bu haqda “The Japan Times” yazır.

Belə ki, Kyoto Universitetinin süni intellekt üzrə tədqiqat proqramının aspirantı, özünü partiyanın “yeni liderin köməkçisi” adlandıran Koki Okumura mətbuat konfransında “Yeni lider AI olacaq” deyib.

25 yaşlı Okumura bu yaxınlarda partiya seçkilərində qalib gələrək hərəkatın qurucusu Şinji İşimoranın yerinə keçib.

O, süni intellektin partiyanın siyasətini təyin etməyəcəyini, ancaq maliyyə resurslarının partiya üzvləri arasında bölüşdürülməsi kimi məsələlərə diqqət yetirəcəyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar