Ru
15:08 / 16 Sentyabr 2025

Cəlilabadda məktəblilər arasında bıçaqlaşma - Ölən var

Cəlilabadda məktəblilər arasında bıçaqlaşma  - Ölən var
Eye

Cəlilabad rayonunun Xəlilabad kəndində sinif yoldaşı tərəfindən bıçaqlandığı deyilən 11-ci sinif şagirdi K.İ. xəstəxanada dünyasını dəyişib.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.

Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.

17 yaşlı oğlan həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar