Ru
21:36 / 16 Sentyabr 2025

Qarabağla bağlı təxribatçı iddia: Ermənilər Rusiya pasportları ilə...

Qarabağla bağlı təxribatçı iddia: Ermənilər Rusiya pasportları ilə...
Eye

“Daşnaksütyun” Partiyası (terror təşkilatı – red.) bağlanmalıdır”.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.

Ekspert bildirib ki, avqustun 8-da Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh üzrə əldə edilmiş razılaşmalara qarşı çıxan sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan diqqət çəkə bilmədikləri üçün bu mövzuya əl atıb:

“Əgər Köçəryan və Sərkisyan diqqətsizlikdən əziyyət çəkirlərsə və gündəmə gəlmək istəyirlərsə, İrəvanda lüt gəzsinlər. Ölkə daxilində düşmənçilik söhbəti yaymaqdansa, bununla daha çox diqqət çəkərlər”.

Ermənistan müxalifətinin ermənilərin Rusiya pasportları ilə Qarabağa qayıdışının mümkün olması ilə bağlı təxribatçı iddiasına belə cavab verib:

“Ya gedib Azərbaycan qanunları ilə yaşamalısan, ya da necə bitəcəyini heç vaxt bilmədiyin müharibəyə girməlisən. Müxalifət nə etdiyini bilmir. Müxalifət milli təhlükəsizliyə təhdid olan kiçik, müharibə qızışdıran qrupdur”.

“Daşnaksütyun”a gəlincə, onun sözlərinə görə, “daşnaklar” öz məqsədlərinə çatmaq üçün yenə də keçmiş Qarabağ məsələsindən istifadə edirlər:

“Hürən it qapmaz” prinsipi ilə hərəkət etmək lazım deyil. “Daşnaksütyun” bağlanmalıdır. Onlar dövlətin dadını hiss etməlidirlər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar