Ru
09:03 / 17 Sentyabr 2025

Suriya və İsrail nümayəndələri Bakıda görüşəcək

Suriya və İsrail nümayəndələri Bakıda görüşəcək
Eye

Gələn həftənin cümə axşamı Bakıda Suriya və İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək.


Bakupost.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

ABŞ-nin “Axios” nəşrinin məlumatına görə, İsrail Suriyaya yeni təhlükəsizlik sazişi layihəsi təqdim edib.

Layihədə Dəməşqdən İsrail sərhədinədək cənub-qərb istiqamətində xüsusi bölgülər nəzərdə tutulub.

İki mənbənin bildirdiyinə görə, bu plan İsrail və Misir arasında 1979-cu ildə imzalanan sülh sazişinə əsaslanır. Həmin sənəd Sinay yarımadasını “A, B, C” zonalarına bölərək, müxtəlif təhlükəsizlik rejimləri və silahlanma səviyyələri müəyyənləşdirmişdi.

Yeni təklifə görə, Dəməşqin cənub-qərbindən İsrail sərhədinədək olan ərazi üç zonaya bölünəcək. Hər zonada Suriyaya müəyyən miqdarda hərbi qüvvə və silah saxlamağa icazə veriləcək. Sənəd həmçinin Suriya tərəfindəki bufer zonanın əlavə 2 kilometr genişləndirilməsini nəzərdə tutur.

Əvəzində İsrail Suriyada ərazilərindən mərhələli şəkildə çıxmağı təklif edib.

Lakin İsrail strateji əhəmiyyətli Şeyx dağı zirvəsindəki mövqelərini saxlamaqda israr edir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar