Ru
09:18 / 28 Fevral 2021

Qarabağda beynəlxalq aeroportun tikintisinə başlanıldı VİDEO

2739
Füzuli şəhərində beynəlxalq aeroportun tikintisinə başlanılıb və artıq payızda onun istismara verilməsi planlaşdırılır.

“BakuPost” report-a istinadən xəbər verir ki, bu, dağıdılmış yaşayış məskənlərinin, o cümlədən Şuşa şəhərinin bərpasını sürətləndirəcək.

Ərazidə eyni zamanda iki avtomobil yolu inşa olunur. Füzuli aeroportu ən ağır hava maşınları da daxil olmaqla, bütün təyyarə növlərini qəbul etməyə qadir olacaq və artıq beynəlxalq indekslər kataloquna daxil edilib.

“Azəraeronaviqasiya” müəssisəsinin Hava Hərəkətinə Nəzarət idarəsinin direktoru Fərhan Quliyev bu hava limanının bölgənin, xüsusən də Şuşanın turizm potensialını üzə çıxaracağını, bununla yanaşı bölgənin iqtisadi inkişafına töhfə verəcəyini qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər