Qarabağda gedən döyüşlərə qatılmış Ermənistan parlamentinin eks-deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Rüstəm Qasparyan ağır yaralanıb.
Bu barədə məlumatı "News.am" yayıb.
Bildirilir ki, deputatın oğlu isə döyüşlərdə Azərbaycan Ordusu tərəfindən məhv edilib.
“Çiçəklənən Ermənistan” partiyasının üzvü Araik Aqababyan isə eks-deputatın ağır vəziyyətə olduğunu, gecə əməliyyat edildiyini söyləyib.
Onların döyüşlərin 2-ci günü cəbhəyə könüllü yollandıqları məlumdur.