Ru
00:55 / 20 Avqust 2025

"Qarabağ"dan möhtəşəm qələbə: "Ferensvaroş" DARMADAĞIN edildi - VİDEO

"Qarabağ"dan möhtəşəm qələbə: "Ferensvaroş" DARMADAĞIN edildi - VİDEO
Eye

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı başa çatıb.

Bakupost.az xəbər verir ki, Macarıstanın "Qroupama Arena" stadionunda keçirilən görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edib.

Hesab 29-cu dəqiqədə rəqib komandanın oyunçusu B.Varqanən qolu ilə açılıb. Ardınca, 50-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Yankoviç hesabı bərabərləşdirərək 1 - 1 edib. Klubumuzun digər oyunçusu Medina isə 67-ci dəqiqədə "Qarabağ"ı önə çıxarıb və hesab 1 - 2 olub.

85-ci dəqiqədə isə Musa Qurbanlı daha bir qolu "Qarabağ"ın hesabına yazdıraraq hesabı 1 - 3 edib.

Beləliklə oyun "Qarabağ" futbol klubunun möhtəşəm qələbəsi ilə başa çatıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar