Ru
21:25 / 08 Noyabr 2019

Qaradağda baş verən yol qəzasının təfərrüatları məlum oldu - YENİLƏNİB

Qaradağda baş verən yol qəzasının təfərrüatları məlum oldu -  YENİLƏNİB
Eye

Bakının Qaradağ rayonunda baş vermiş yol qəzası nəticəsində xəsarət alan 3 nəfərdən birinin vəziyyəti ağır olaraq qalır.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Hadisə isə Səngəçal terminalının qarşısında qeydə alınıb.

Avtoqəzanın səbəblərinə gəlincə, məlum olub ki, "KamAZ" markalı yük maşınının sürücüsü geriyə doğru manevr etmək istəyib. Bu vaxt Bakıdan Salyan istiqamətində hərəkətdə olan mikroavtobus ona çırpılıb.

Hazırda qəza ilə bağlı araşdırmalar aparılır.

***

Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Bakının Qaradağ rayonu ərazisinə düşən hissəsində, DYP-nin stasionar postunun yaxınlığında qeydə alınıb.

Məlumata görə, “Ford” markalı sərnişin mikroavtobusu yük avtomobilinə çırpılıb. Qəza nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar