Ru
12:22 / 10 Sentyabr 2019

Qarayaraya yoluxanlardan xəbər var - Rəsmi

Qarayaraya yoluxanlardan xəbər var -  Rəsmi
Eye

Səhiyyə Nazirliyi Sabirabad rayonunda qarayara xəstəliyinin aşkarlandığı xəstələrin son durumunu açıqlayıb.


Nazirlikdən BakuPost-a verilən xəbərə görə, hazırda xəstələrin müalicəsi davam edir.


Onların müalicəsi Sabirabad Mərkəzi Rayon Xəstəxanasında aparılır. Xəstələrin vəziyyətləri normal qiymətləndirilir.


Qeyd edək ki, sentyabrın 9-da Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişidə qarayara xəstəliyi aşkarlanıb.


Bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinlərində aşkarlanan qarayara xəstəliyinin törədicisinin mənbəyinin müəyyən olunması üçün araşdırmalara başlayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar