Ru
22:59 / 11 Sentyabr 2019

Qaxda 12 yaşlı qızı maşın vurdu

Qaxda 12 yaşlı qızı maşın vurdu
Eye

Qaxda 12 yaşlı qızı maşın vurub.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, bu gün günorta saatlarında rayonun Tasmalı kənd sakini, 12 yaşlı Ləman Nurlan qızı Mirzəzadə kəllə-beyin travması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlumatda bildirilir ki, L.Mirzəzadəni yaşadığı kəndin ərazisində minik avtomobili vurub. L.Mirzəzadənin müayinə və müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar