Ru
17:46 / 24 Avqust 2026

Qazax-Ələt-Bakı magistralında sürücülər üçün təhlükə: “Elə bil, Formula yarışındayıq” - VİDEO

Qazax-Ələt-Bakı magistralında sürücülər üçün təhlükə:  “Elə bil, Formula yarışındayıq” - VİDEO
Eye

Qazax-Ələt-Bakı magistralının Ələt istiqamətində aparılan təmir işləri zamanı sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

“Bakupost”a bununla bağlı görüntülər daxil olub.

Sürürücülərdən biri bildirib ki, ötən gün yolun hərəkət hissəsinə yerləşdirilən konuslar nizamsız şəkildə səpələnib və nəqliyyat vasitələrinin hərəkəti üçün ciddi çətinlik yaradıb:

“Yola düzülən manelər sürücülər üçün əməlli-başlı Formula yarışı idi. Bəxtimiz gətirdi qurtulduq. Üstəlik boya da asfalta yayılırdı. Bunu edən qurum kimdir bilmirəm, amma vallah, belə iş olmur. Bu iş yox əməlli cinayətdir”.

Məsələ ilə bağlı “Bakupost”un sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, prosedura uyğun olaraq, boya çəkildikdən bir saat sonra konuslar yığılır.

Qurumdan qeyd olunub ki, görüntülərdə əks olunan hadisə həmin müddət ərzində baş verib.

“İriqabaritli nəqliyyat vasitəsi zolağını dəyişdirmiş, bununla da həm konusları dağıdıb, həm də boyanın yayılmasına səbəb olub. Konuslar qısa müddətdə yoldan götürülüb”, - deyə AYNA-dan bildirilib.

Lalə Novruz, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar