Ru
00:06 / 06 May 2026

Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi

Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
Eye

Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.

Bakupost.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, anası uşaqdan rəsmi qaydada imtina edib.

“Dünən qəbiristanlıq ərazisində tapılan körpənin “anacığı” tapılıb. Hal-hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən...

Sual verdim ki, “bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?” Çiyinlərini çəkdi...”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Kəmalə Ağazadə 2 yaşlı uşağın tapılması barədə məlumat yaymışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar