Ru
13:42 / 20 Noyabr 2020

Qərbi Kaspi Universitetində alman professorun vebinarı keçiriləcək

2497
Noyabrın 26-sı saat 15:00-da Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə "Almaniyada Türkologiya" mövzusunda alman professor Maykl Reynhard Hess tərəfindən vebinar keçiriləcək.

"BakuPost" xəbər verir ki, professor Hess Azərbaycan dilində sərbəst danışa bilir və tədbir Azərbaycan dilində baş tutacaq.

Professor Hess haqqında: Maykl Reynhard Hess 1967-ci ildə Offenbax am Main şəhərində anadan olub. O, Frankfurtdakı Johann Wolfgang Goethe adına Universitetdə yeni tarix, yunan tarixi, islamşünaslıq və türkologiya ixtisası üzrə təhsil alıb. Daha sonra Berlin Azad Universitetində (Freie Universität) "İmadəddin Nəsimi irsi" fundamental araşdırmasını aparıb. Araşdırmalarını 2005-ci ildə bitirərək doktorluq dərəcəsini alıb.

Maykl Reynhard Hess 130-dan çox elmi məqalənin müəllifidir. O, həmçinin türk dillərindən klassik şərq poeziyasının tərcüməçisidir. Araşdırmaçının Azərbaycanla bağlı bir neçə kitabı mövcuddur. Bunlardan ən əsası Nəsimi irsi haqda olan "İlah-insanın dili. İmaməddin Nəsiminin Türk Divanının araşdırması" ("Die Sprache des Menschengottes. Untersuchungen zu Imad äd-Din Näsimis (fl. ca. 1400) türkischem Divan") adlı əsərdir. Bu əsərdə elmi analizin başlıca mövzusu Nəsiminin türkcə yazılmış əsərlərinin dil xarakteristikasıdır. Araşdırmada dil olaraq türk dili xüsusi qeyd edilir.

Maykl Reynhard Hessin digər bir kitabı "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ konflikti" ("Panzer im Paradies: Der Berg-Karabach-Konflikt zwischen Armenien und Aserbaidschan") adlanır. Həmin kitab 2016-cı ildə Aprel müharibəsindən sonra qələmə alınıb.

Hazırda Maykl Reynhard Hess Freie Universität Berlin və Giezen şəhər Universitetində (Justus-Liebig Universität) türkologiya kafedrasında çalışır. O, Azərbaycan, osmanlı, özbək, başqırd və tatar dillərini bilir.

Görüşün linki :

https://teams.microsoft.com/l/meetup-join/19%3ameeting_MThlNjAxNDctOTlmZC00MDVlLWFlOTYtZGEyY2ZmMDJiYWRj%40thread.v2/0?context=%7b%22Tid%22%3a%220346efb5-dffb-4aaf-a159-079c1c0325c7%22%2c%22Oid%22%3a%22fb3808b1-659e-4b57-aee0-41f0787b94fa%22%7d
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər