Ru
11:09 / 13 Oktyabr 2021

Qəzada yaralananların vəziyyəti ilə bağlı açıqlama

1653
"Aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan 16 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib".

Bakupost.az xəbər verir ki, bunu "Real TV"yə Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov deyib.

O qeyd edib ki, yaralılardan ikisi əməliyyat olunub: “Dörd nəfərin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Dörd nəfərin vəziyyəti isə yüngül olduğu üçün amblator müalicəyə göndərilib. Digərləri isə hazırda həkim nəzarətindədir. Bizim xəstəxanaya gətirilənlərdən dünyasını dəyişən olmayıb. Yaralanalardan birinin dalağı zədələndiyi üçün çıxarılıb. Digər bir nəfərdə isə ayaq baldırdan amputasiya olunub. Qalan şəxslərin vəziyyəti orta və kafidir”.

Trend-in məlumatına görə isə hadisə nəticəsində xasarət alanlardan 8 nəfəri qadın, 8 nəfəri isə kişidir.

Xəsarət alanlardan 1967-ci il təvəllüdlü Məmmədova Gülşən Ələddin qızı, 1999-cu il təvəllüdlü Məmmədov Emin Telman oğlu, 1984-cü il təvəllüdlü Ağayeva Aygül Səməd qızı, Əliyeva Zərifə İsmayıl qızı, 1964-cü il təvəllüdlü Nağıyeva Bağdagül Nağı qızı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində digər xəsarət alanlar- 1983-cü il təvəllüdlü Həsənov Nəriman Adışirin oğlu, 1962-ci il təvəllüdlü Əsədova Mətanət Nurulla qızı, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə Ənvər qızı və 1972-ci il təvəllüdlü Mənsurova Samirə Vaqif qızı isə müxtəlif dərəcəli bədən xəasarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı yüngül xəsarətlər alan 7 nəfər - 1979-cu il təvəllüdlü Rzayev Sərdar Rza oğlu, 1962-ci il təvəllüdlü Hüseynov Eldar Hacıbaba oğlu, 1986-cı il təvəllüdlü Eyvazova Samirə Sergey qızı, 1985-ci il təvəllüdlü İbrahimov Orxan Salam oğlu, 1975-ci il təvəllüdlü Zeynalabdinov Ramiz Vüsal oğlu, 1993-cü il təvəllüdlü Tağıyev Sürət Nüsrət oğlu və 1992-ci il təvəllüdlü Məmmədov Elvin Zakir oğluna ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər