Ru
17:38 / 24 Yanvar 2020

Qırmızı işıqdan keçən "Hyundai" polis maşını ilə belə toqquşdu - Bakıda - VİDEO

6430
Dünən paytaxda yol nəqliyyat hadisəsi baş verib.

BakuPost avtosfer.az-a istinadən xəbər verir ki, Nizami küçəsi ilə Keykab xanım Səfərəliyeva küçəsinin kəsişməsində svetoforun qırmızı işığından keçən “Hyundai” markalı avtomobil digər yolda hərəkətdə olan mühafizə polisinə məxsus xidməti avtomobil ilə toqquşub.


Toqquşmadan sonra idarəetməni itirən “Hyundai” markalı avtomobil svetofor dirəyinə çırpılaraq onu aşırdıb.
Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər