Ru
16:54 / 02 Oktyabr 2025

Qiymət artımı, cərimələrin yüksəlməsi... - Partiya sədri hökuməti sərt tənqid etdi

Qiymət artımı, cərimələrin yüksəlməsi... - Partiya sədri hökuməti sərt tənqid etdi
Eye

““Telegram”ın qurucusu və sahibi Durov Qazaxıstandadır, “Digital Bridge 2025” forumunda iştirak edir. Tədbir zamanı Durov elan edib ki, “Telegram” öz “Alem AI” süni intellekt labaratoriyasını Asatanada quracaq, bu sahəyə yüz milyonlarla dollar investisiya yatırılacaq.

Özbəkistanda isə son rəqəmlərə görə, 16 min 600 xarici investisiya layihəsi qeydiyyatdan keçib və artıq fəaliyyət göstərir. Tək bu il Özbəkistana Çin şirkətləri 5,5 mlrd. dollar, ABŞ şirkətləri isə 4,2 mlrd. dollar investisiya qoyublar. Dost ölkədə 16600 xarici investisiyanın 3400-ü sırf istehsalla məşğuldurlar, tikinti sahəsində 1200 şirkət, İKT sahəsində 1250, loqistikada 551, aqrar sahədə 404 xarici şirkət fəaliyyətdədir”.

Bakupost.az xəbər verir ki, bunu REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

O, bütün bunları qeyd etməklə “Qlobal İnnovasiya İndeksi 2025”-in nəticələrinə diqqət çəkmək istədiyini deyib. Sənədə görə, Azərbaycan İKT xidmətlərinin ixracı üzrə MDB ölkələri arasında ən axırıncı yerdədir:

“Ölkəyə investor gəlmir, məmləkətin gündəmi “adnanfason” və Co kimi “iş adamları”, onların məmur dostları ilə birgə törətdiyi korrupsiyanın dəhşətli miqyası, MDB-də ÜDM artımını görə sonuncu yerdə olmağımız, adambaşına düşən ÜDM-ə görə Gürcüstandan, Ermənistandan geri qalmağımız, nəqliyyatda qiymət artımı, cərimələrin yüksəlməsi, sosial problemlər və s.-dir.
Adam üzülür, əvvəl Avropa ölkəri kimi olmağı xəyal edirdik, indi biznes mühitinin, heç olmasa, Qazaxıstanda, Özbəkistanda, Gürcüstandakı kimi olmasını arzulayırıq. Bax belə epoxada yaşayırıq...”

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar