Qızılın qiyməti bu gün 5.100 dolları aşaraq bütün zamanların ən yüksək səviyyəsini gördü.
Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, külçə qızıl bu gün səhər 1,88% artaraq 5.081,10 dollardan ticarət olunub və gün ərzində 5.111,07 dollara qədər yüksəlib. Qiymətli metal 2025-ci ildə 64%, bu il isə 17%-dən çox bahalaşıb.
Analitiklər fikrincə, qiymət yüksəlişinin davam edəcəyi və ilin sonuna doğru təxminən 5.500 dollar səviyyəsinə çatacağı gözlənilir. Eyni zamanda, dollar dünya miqyasında zəifləyib.
Qiymətli metalların yüksəlişi yalnız qızıl ilə məhdudlaşmayıb. Gümüş 4,57% artaraq 107,65 dollara çatıb və 108,60 dollarla rekord qırıb. Platin 3,26% artaraq 2.857,41, paladyum isə 3,2% bahalaşaraq 2.074,40 dollara yüksəlib.
Cavid, BakuPost