Qlobal bazarlarda qızıl qiymətləri kəskin artım nümayiş etdirərək növbəti tarixi rekordu yeniləyib.
Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, qlobal risklər və dolların zəifləməsi fonunda qızılın unsiyası 4 967 dollara yüksəlib və 5 min dollar həddinə doğru sürətlə irəliləyir.
Bu gün səhər qeydə alınan bu artım nəticəsində qızıl həftəlik hesabla təxminən 8% bahalaşıb. ABŞ dollarının gücünü ölçən əsas indeksin həftə ərzində 0,8% azalması qiymətli metalları investorlar üçün daha cəlbedici edib. Qızıl ilə yanaşı, gümüş və platin də rekord səviyyələrə yüksəlib.
1979-cu ildən bəri ən yaxşı illik göstəricilərdən birini nümayiş etdirən qızıl bu ilin əvvəlindən etibarən artıq 15% dəyər qazanıb.
Analitiklərin fikrincə, mövcud geosiyasi qeyri-müəyyənlik və monetar risklər davam edərsə, qızılın yaxın dövrdə 5 min dollar həddini aşması istisna olunmur.
Cavid, BakuPost