Dünya bazarında qızıl bahalaşmaqda davam edir. ABŞ-də ara seçkilərdən sonra dolların ucuzlaşması qiymət artımına təsir göstərib.
“Bakupost” xəbər verir ki, noyabrın 5-də qızılın bir unsiyası 4140 dollar ətrafında ticarət olunub. Qiymət 1,9 faizədək artıb.
Qeyd edək ki, qızıl əvvəlki gün də 3 faizdən çox bahalaşaraq avqust ayından bəri ən böyük gündəlik artımını qeydə alıb.
Vüsalə Hüseynova,
BakuPost