Ru
00:35 / 08 Avqust 2026

"Qızımın pullarını başqa qadınlara xərcləyir" - Ülkü Hilalın anası

"Qızımın pullarını başqa qadınlara xərcləyir" - Ülkü Hilalın anası
Eye

Xəbər verdiyimiz kimi, "Yeraltı" serialında "Mələk" obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin özündən 10 yaş böyük tərəf müqabili Hakan Çələbi ilə sevgili olduğunun ortaya çıxmasının ardından atası Ünal Çiftçi prokurorluğa müraciət edib.

"Bakupost" xəbər verir ki, aktrisanın anası Kader Çiftçi qızının adının hallandığı qalmaqal fonunda həyat yoldaşı Ünal Çiftçiyə qarşı boşanma və zina iddiası ilə məhkəməyə üz tutub. O, ərinin qızının qazandığı pulu başqa qadınlara xərclədiyini iddia edib.

Qeyd edək ki, Ülkünün atası Ünal qızının sevgilisi Hakanın ondan yaşca böyük olduğunu iddia edərək aktyoru prokurorluğa şikayət edib. Lakin daha sonra məlum olub ki, Ünal özü dəfələrlə qızı ilə birgə Hakanla ünsiyyətdə olub. Mediada onların birgə çəkilən fotoları yayılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar