Ru
11:37 / 24 Mart 2026

Qonşusu "Velizar"ı polisə şikayət etdi - VİDEO

Qonşusu "Velizar"ı polisə şikayət etdi - VİDEO
Eye

“TikTok” platformasında “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədovdan qonşusu şikayətçi olub.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, daha öncə həbs edilən “Velizar” bu barədə özü paylaşım edib.

O bildirib ki, gecə saat 00-dan 03-ə qədər canlı yayımda olub musiqi qoşduğu üçün alt mərtəbədə yaşayan qonşusu ondan polisə şikayət edib:

“Hazırda heç bir narahatlıq yoxdur. Musiqi səsinə görə qonşu heç komendanta da xəbərdarlıq etmədən birbaşa polisə şikayət verib. Mən bu evə elə səsə görə köçmüşdüm. Qonşum məni izləyirsə, demək istəyirəm ki, heç olmasa komendanta bildirərdi, mənə də xəbərdarlıq edərdilər. Əgər davam etsəydim, onda şikayət edərdiniz. Gedib ərizəmi yazıb gəldim, sadəcə çox həyəcan keçirdim”.

Qeyd edək ki, bir müddət öncə “Velizar” barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilmişdi. O, müvafiq qərarla inzibati qaydada həbs olunmuşdu.

" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar