Ru
11:26 / 24 Mart 2026

İki ay əvvəl Bakıya gələn senator ABŞ-da nazir seçildi

İki ay əvvəl Bakıya gələn senator ABŞ-da nazir seçildi
Eye

ABŞ senatı Markveyn Mallini daxili təhlükəsizlik naziri vəzifəsinə təsdiqləyib.


Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Mallinin namizədliyini 54 senator dəstəkləyib, 45 senator isə əleyhinə səs verib. Təsdiq üçün sadə səs çoxluğu kifayət edib.

Məlumata görə 49 yaşlı respublikaçı M.Mallin Senatda Oklahoma ştatını təmsil edir.

Xatırladaq ki, martın 5-də ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem vəzifəsindən uzaqlaşdırılıb. “New York Post” qəzetinin məlumatına görə, vəzifədən azad edilmə katibin ofis romantikası ilə bağlıdır. Bundan əvvəl ABŞ administrasiyası Minnesota ştatında artan gərginlik səbəbindən Noemin fəaliyyətini nəzərdən keçirməyə başlayıb.

Qeyd edək ki, bu ilin yanvarın 4-də ABŞ nümayəndə heyəti Bakıda səfərdə olub. Nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin də daxil idi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar