Ru
10:43 / 24 Mart 2026

Kolumbiyada təyyarə qəzası: 66 nəfər ölüb, itkin düşənlər var

Kolumbiyada təyyarə qəzası:  66 nəfər ölüb, itkin düşənlər var
Eye

Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "C-130 Hercules" təyyarəsinin ölkənin cənubunda qəzaya uğraması nəticəsində azı 66 hərbi qulluqçu həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə yerli "El Tiempo" qəzeti hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, həlak olanlar arasında Kolumbiya HHQ-nin 6, Milli Ordunun 58 və Milli Polisin 2 hərbi qulluqçusu var.

Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir, eyni zamanda, dörd hərbçi itkin düşmüş hesab olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar