Ru
09:20 / 24 Mart 2026

"Baxırsan ki, pulu var, amma ruhda kasıbdır"

"Baxırsan ki, pulu var, amma ruhda kasıbdır"
Eye

Aktyor Fərda Xudaverdiyev "Qapqara" yutub layihəsində qonaq olub.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, sənətçi açıqlaması ilə diqqət çəkib. O, varlı və kasıb mövzusuna toxunub.

Yumor ustası kasıb-varlı ayrıseçkiliyindən danışıb:

"Kasıb sözünü sevmirəm, amma kasıb düşüncəni qınayıram. Bunu "Selfinaz 2" şousunda bu zarafatı demişdim. Baxırsan ki, pulu var, amma ruhda kasıbdır. Kasıb elə həmişə tələsir. Yemək yeyəndə çayı fikirləşir ki, samavar çayı içəcəyəm. Çayı içəndə düşünür çıxıb çöldə qəlyən çəkəcəyəm. Qəlyan çəkə-çəkə deyir, durub oynayacağam. O qədər hər şeyə tələsir ki, Allah belə onu tutub ruzi vura bilmir. Dua edəndə də bitirməmiş fikirləşir ki, bəs hanı mənim ruzim?".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar